Öncələri Azneft İB daxilində olan “Balaxanı-Sabunçu-Ramana” neft yatağı, 01.01.2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkəti tərəfindən istismar olunur.

Əməliyyat şirkəti yarandıqdan 2 il ərzində neft hasilatında təqribi olaraq 30% artım əldə edilmişdir. 2013-cü ildən cari ilin (2023) əvvəlinə qədər isə təqribi illik hasilatın düşmə tempi 2% ətrafında dəyişmişdir.Günümüzdə, işlənmənin son mərhələsində, lay təzyiqinin düşməsi səbəbindən neft və qazın hasil edilməsi təbii yolla (fontan) aparıla bilmir, bu səbəblə, digər istismar üsullarından istifadə olunmaqdadır. İstismar üsuluna görə quyu fondunun cari vəziyyətində, qeyd olunan üsullardan ŞDN (hal-hazırda daha geniş: 92%) və Elektrik Dalma Nasosları (6%) vardır. Bunlarla bərabər, ümumilikdə 2%-ə qədər istifadə edilən Dartay (Tartal) ənənəvi neft çıxarma üsulunun aktivliyi hələ də qorunmuş, iqtisadi cəhətdən ucuz və səmərəliliyi ilə bilinməkdə və istifadə olunmaqdadır. Biz hansı gələcək hədəflər üçün çalışırıq ?• Daima inkişaf;• İqtisadi səmərəliliyin davamlılığı;• Ekoloji təmiz nəticə;• Ehtiyatlardan rasional istifadə və hasilatın davamlılığının qorunması.