Ağac əkimi

Fəaliyyətlə

2023-cü ilin yaz ayları boyunca görülən ağac əkilməsi və abadlaşdırma işləri, ekoloji olaraq işlərin aparıldığı sahədə inkişafın və ətraf mühitin təmizliyinin artmasına səbəb olmuşdur. Bu dövr ərzində: • 2 nömrəli Neft-qaz çıxarma sexinin inzibati binasına yaxın ərazidə neftdən təmizlənmə işləri aparılmış, 200-dən çox zeytun ağacı əkilmişdir; • Mərkəzi anbarın arxasında, III Neft-qaz çıxarma sexinin II sahəsinin ərazisi təmizlənmişdir. Həmin əraziyə yaxın, Sabunçu-Balaxanı yolunda abadlıq işləri aparılmışdır. Neftlə çirklənmiş torpaq təmizlənmiş, ümumilikdə, III Neft-qaz çıxarma sexi ərazisində 1049 zeytun və şam ağacları əkilmişdir; • IV Neft-qaz çıxarma sexi ərazisində, 1970m2 təbii yaşıl örtük salınmış, 538 bir-birindən fərqli ağac növləri (vibirnium – lisidium, tinus; photinia buxsus, çinar, giparsis və s.) əkilmişdir; • 7 nömrəli Neft-qaz çıxarma sexinin Ekoloji Zona adlanan ərazisində aparılan abadlıq işlərindən sonra 451 şam və zeytun ağacları əkilmişdir; • 8 nömrəli Neft-qaz çıxarma sexinin ərazisində torpaq münbitləşdirmə işləri görülmüş, 114 zeytun ağacı əkimi işi aparılmışdır; • Mübariz İbrahimov küçəsində abadlaşdırılma işləri görülmüş, 1ha yaxın sahədə növbəti müddət üçün aparılan işlərin davam etdirilməsi planlaşdırılmışdır. Növbəti müddət ərzində planlaşdırılan ekoloji işlər içərisində 1000-ə yaxın və bununla bərabər Mərkəzi Anbara yaxın ərazidə 500-dən artıq ağac əkimi, 7 nömrəli Neft-qaz çıxarma sexinin inzibati binasına yaxın Balaxanı-Binə ərazisində isə abadlıq işləri ilə bərabər münbitləşdirmə strategiyasının görülməsi nəzərdə tutulmuşdur.