Haqqımızda
Lay enerjisi mayeni yer səthinə qaldırmağa kifayət etmədikdə, quyudakı mayenin qaldırılması üçün kompressorla sıxılmış işçi agentin (qaz və ya hava) enerjisindən istifadə edilir.
Bu üsul həm texnoloji, həm də iqtisadi cəhətdən daha səmərəlidir. Fontan istismar üsulunda fluid quyularının dibindәn yer sәthinә lay təbii enerjisi hesabına qaldırılır. Fontan quyularının istismarın öncə nasos kompressor boruları quyuya endirilir, sonra quyu ağzında fontan armaturu quraşdırılır. Boruların diametri gözlәnilәn debitdәn, tәzyiq, quyunun dәrinliyi, istismar şәraiti vә istismar kәmәrin diametrindәn asılı olaraq seçilir. Fontan quyusunun istismarı sәthi vә dәrinlik ştuserlәrinin kömәyilә tәnzimlәnir, quyunun işlәmә rejimi (neft, qaz vә mayenin debiti, quyudibi vә quyuağzı tәzyiq) quyunun öz xarakteristikalarından, ştuserdәn vә neftyığma sistemindәki tәzyiqdәn vә s. asılı olur.